Modern.az

“İş icraçısı” ifşa edilib

“İş icraçısı” ifşa edilib

Aktual

2 İyul 2012, 18:16

Şamaxı rayonunda özünü iş icraçısı kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Şamaxı rayon sakini Əsgərov Pərvin Pərviz oğlunun Hüseynov Ramiz Məmmədəli oğlu tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, R.Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə P.Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul almaqla dələduzluq edibdir.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıbdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı