Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.
Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.
Beləliklə, Azərbaycanın Bolqarıstandakı səfirini tanıyırsınızmı?
Azərbaycanın Bolqarıstandakı hazırkı səfiri Emin Zülfüqar oğlu Kərimovdur. O, 1966-cı il iyulun 26-da Bakıda anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1988-1995-ci illərdə AMEA-nın Tarix İnstitutunda tədqiqatçı işləyib.1995-1998-ci illərdə Xarici işlər Nazirliyinin Avrpoa, Kanada və Amerika şöbələrində üçüncü katib vəzifəsində çalışıb. 1998-2002-ci illərdə Azərbaycanın Türkiyə səfirliyində üçüncü, ikinci və birinci katib vəzifələrində çalışıb. 2002-2004-cü illərdə Azərbaycanın Türkiyədəki səfirliyində məsləhətçi vəzifəsini tutub. 2004-cu ilin mart ayından sentyabr ayına kimi XİN-nin ikinci ərazi şöbəsində direktor müavini olub.
2004-cü ilin sentyabr ayından 2010-cu ilin oktyabr ayına kimi Azərbaycanın İtaliyadakı səfiri olub. San Marino və Maltada səfir kimi çalışıb.
2010-cu ilin oktyabrından bu günə kimi Azərbaycanın Bolqarıstandakı səfiridir. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, iki qızı var.
Nihadə Eyyubova