Modern.az

1-ci yeri tutacaq idmançıya 400 min manat mükafat

1-ci yeri tutacaq idmançıya 400 min manat mükafat

Aktual

3 İyul 2012, 18:53

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün müəyyən pul mükafatları aşağıdaki kimi müəyyən edilib.

Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat; ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.

***

Ölkə başçısının digər sərəncamı ilə Londonda keçirilən  XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri də mükafatlandırılacaq.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;. üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat nəzərdə tutulub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı