Modern.az

İlham Əliyev İran səfirinə təşəkkür edib

İlham Əliyev İran səfirinə təşəkkür edib

Aktual

4 İyul 2012, 16:00

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı