Modern.az

Ekspert: “Azərbaycanın Türkmənistana qarşı məhkəməni udmaq şansı böyükdür”

Ekspert: “Azərbaycanın Türkmənistana qarşı məhkəməni udmaq şansı böyükdür”

Aktual

5 İyul 2012, 14:57

Mübahisəli yataqla bağlı rəy

“Türkmənistanın  Xəzər dənizi ilə bağlı mübahisəli məsələlərə görə Azərbaycanı BMT-nin Beynəlxalq Məhkəməsinə verməsi ən azı savadsızlıqdır”. Bunu Modern.az-a Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq kafedrasının rəhbəri Rüstəm Məmmədov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, “Kəpəz” yatağı ilə bağlı iki heç bir müqavilə bağlanmayıb. Odur ki, belə bir iddia irəli sürmək düzgün deyil:

“Nə Azərbaycan, nə Türkmənistan, nə İran, nə də Rusiya Xəzəri dəniz saymır. Azərbaycan da Dəniz Konvensiyasına qoşulmayıb. Əgər bu konvensiyaya qoşulsaydıq, ortaq xəttlə “Kəpəz” yatağı ilə bağlı problemli məsələ həll olunacaqdı”, – deyə R. Məmmədov bildirib.

Ekspertin sözlərinə görə, dünya təcrübəsində su sərhədlərində ortaq xətti çəkəndə hər iki tərəfin çıxış nöqtəsi sahildən olur. Bu xətt çəkilərsə, yatağın 70 %-i Azərbaycana, qalan 30%-i isə Türkmənistanın payına düşür. “Azərbaycan “Kəpəz” yatağına sərmaye qoyub. Buna da Türkmənistan tərəfi susaraq razılığını bildirib. Ona görə də Türkmənistanın bu yataqla bağlı Azərbaycan tərəfini məhkəməyə verməsi ən azı savadsızlıqdır”.

Rüstəm Məmmədov onu da bildirdi ki, ümumiyyətlə, bu yataqla bağlı hər hansı mübahisəli məsələdə Azərbaycan tərəfinin məhkəməni udmaq şansı var: “Nəzərə alsaq ki, Türkmənistanın tarixən neft mütəxəssisləri olmayıb, bu yatağı da azərbaycanlılar kəşf edib, deməli, Azərbaycanın “Kəpəz”ə yiyələnməyə tam ixtiyar verir. Rimus siqtantimus klauzası icazə verir ki, Azərbaycan BMT məhkəməsi cərçivəsində və ya digər arbitrajlar cərçivəsində bu yataqla bağlı bütün mübahisəli məsələlərdə Azərbaycanın məhkəməni udmaq şansı böyükdür. Lakin Türkmənistan bu məsələni dilə gətirməklə savadsızlıq nümayiş etdirib. Çünki onlar “Kəpəz”lə bağlı məsələni BMT məhkəməsinə verirlərsə, birinci hüququ tanımalıdırlar. Əgər Azərbaycan onu tanımırsa, BMT məhkəməsi də onu tanımıyacaq. Ona görə də bu məsələ orda mühakimə olunmayacaq. BMT məhkəməsi bu məsələni tanısa belə, istənilən halda Azərbaycan bu məhkəməni udacaq”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı