Modern.az

General Bərşadlının oğlu Modern.az-a atası haqqında bilmədiklərimizi danışdı

General Bərşadlının oğlu Modern.az-a atası haqqında bilmədiklərimizi danışdı

Aktual

5 İyul 2012, 18:25

O, yaşını üç il kiçildərək müharibəyə getdi. Buna qədər kolxoz sədri olmuş Atası Əyyub Bərşadlı artıq repressiya olunmuşdu. 14 yaşında könüllü hərbi xidmətə getmiş Valeh Bərşadlı iki hərbi təhsil ocağını bitirib. V. Bərşadlı 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. O, müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş Baş Qərargah rəisi idi.

Müstəqil Azərbaycanın Müdafiə Nazirliyi 1991-ci il sentyabrın 5-də yaradılıb. Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin yaradılması və komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələr aparılıb. İlk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olub. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edib. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirilib.

General-leytenant Valeh Bərşadlı 5 sentyabr 1991 - 11 dekabr 1991 tarixləri arasında müdafiə naziri postunu tutub. Sonra 1992-ci ildə bir müddət Silahlı Qüvvələrin Baş Qərargah rəisi işləyib. 
Valeh Bərşadlı 1999-ci ildə 72 yaşında dünyasını dəyişib. O, II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ictimaiyyəti onunla bağlı çoxda geniş məlumata malik deyil.

1992-ci ildə Silahlı Qüvvələrdə tutduğu vəzifədən istefa vermiş V. Bərşadlı haqqında oğlu Ruslan Bərşadlı Modern.az-a müsahibəsində çox şey danışdı.

- General Bərşadlının hərbi doktrinasının əsas məqamları nələrdən ibarət idi?

- Prezident, Ali Baş Komandan Əbülfəz Elçibəyin belə, “Mən sənin əsgərinəm” deyə müraciət etdiyi V. Bərşadlının AXC rəsmiləri ilə münasibətləri niyə hamar deyildi?

- Baş Qərargah rəisi olarkən o, müdafiə naziri Rəhim Qazıyev haqqında nə demişdi?

- Bərşadlı Heydər Əliyevlə məxfi görüşdə nədən söhbət açılmışdı?

- Sərt təbiətli və intizama alışqan general istefaya çıxdıqdan sonra fəaliyyətini hansı istiqamətdə qurdu?

- Valeh Bərşadlının hərbçi olan oğlu indi harada xidmət edir? Onu rus-sovet generalı Şatalinlə hansı qohumluq telləri bağlayır?

-  Bu gün 85 yaşı tamam olan mərhum Valeh Bərşadlının xatirəsi niyə əbədiləşdirilmir?

 Müsahibə bir azdan saytda yerləşdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı