Modern.az

Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyaları bir araya gəlir

Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyaları bir araya gəlir

Aktual

6 İyul 2012, 10:10

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Modern.az saytına verdiyi məlumata görə, Türkdilli dövlətlərin universitet idman federasiyaları arasında əlaqələrin genişləndirilməsi məqsədilə Türkdilli Dövlətlərinin Universitetlərinin  İdman Federasiya tərəfindən Gənclər və İdman Nazirliyinə  müraciət edilib və 05 – 08 iyul 2012-ci il tarixlərində Bakı şəhərində Türkdilli dövlətlərin idman federasiyalarının rəhbərlərinin toplantısının  keçirilməsi təklif olunub.  

6 iyul tarixində gerçəkləşən görüşdə  Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərindən 10 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qeyd edək ki, 2010-cu ilin mart ayında Türkiyə Universitet İdman Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli ölkələrinin universitet idman federasiyalarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Bu toplantıda digər Türkdilli ölkələrlə yanaşı Azərbaycanın da nümayəndələri iştirak edib.

Toplantının qərarına əsasən ilk dəfə olaraq Türkdilli Dövlətlərinin Universitetlərinin  İdman Federasiyası yaradılıb.
2010-cu ilin oktyabr ayında Federasiyanın təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərinin tələbələri arasında I İdman Oyunları keçirilib və respublikamızın tələbə-idmançıları  bu tədbirdə 5 idman növündən iştirak ediblər.

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı