Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) ali məktəb rektorlarına xəbərdarlıq edib. Modern.az TQDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı əsasında keçirilən müsabiqə nəticəsində hər hansı bir ixtisaslaşmaya yerləşdirilən bakalavrlar tələb olunan sənədləri 2012-ci il iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.