Modern.az

Azərbaycanda Həcc kvotasının dolmasına 120 yer qalıb

Azərbaycanda Həcc kvotasının dolmasına 120 yer qalıb

Aktual

6 İyul 2012, 16:49

Qafqaz Müsəlmanları İdarəsinin  (QMİ) 2012-ci il üçün Həcc ziyarətinə ayırdığı 2 min nəfərlik kvotanın dolmasına 120 yer qlıb.  Bu barədə Modern.az saytına QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

“Səudiyyə Ərəbistan Krallığı tərəfindən ölkəmizə ayrılan Həcc kvotasında  2 min nəfərlik yer nəzərdə tutulub. Artıq ayrılan kvotada 120  nəfərlik yer qalıb. Bu da yəqin Ramazan ayının başlanğıcına qədər dolacaq. Yerlər dolandan sonra biz sənəd qəbulunu dayandıracağıq”-deyə QMİ rəsmisi bildirib.

Qeyd edək ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə aparılacaqlar. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat.
3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik  mehmanxana otaqlarında qalacaqlar.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı