Modern.az

Mənzillərin qiyməti düşüb

Mənzillərin qiyməti düşüb

Aktual

7 İyul 2012, 12:00

Ekspert: “4,8% kifayət qədər böyük rəqəmdir”

2012-ci ilin iyul ayı ərzində satış üçün təklif olunmuş mənzillərin orta qiymətində 0,8 % azalma baş verib. Qiymətlər ötən aydakı (1kv. metr üzrə) 1.446-dan enərək 1435 $ səviyyəsində qərarlaşıb. 

MBA Consalting-in direktoru Nüsrət İbrahimovun Modern.az-a verdiyi  məlumata görə, mövsümlə əlaqədar olaraq mənzil bazarında aktivlik, canlanma müşahidə edilməyib. Onun sözlərinə görə, yay aylarında mənzillərin qiymətdən düşməsi qaçılmaz olur. Belə olan halda, mənzillər üçün qeyri-mövsümi aylar başlayır:

“Bütün mənzillərin qiymətində azalma müşahidə olunur. Həm torpaq, həm ilkin, həm təkrar, həm də kirayə mənzil bazarında mənzillərin qiyməti ucuzlaşıb. Ümumi bazar üzrə ay ərzində azalma 4,8% olub. Bu, kifayət qədər böyük rəqəmdir və bir tərəfdən, mövsümlə, digər tərəfdən, dövriyyədəki pulun hiss ediləcək dərəcədə azalması ilə əlaqəlidir”.

Mənzillərin qiyməti seqmentlər üzrə təkrar bazarda 0,8, ilkin bazarda 2,3, torpaqda 2,6 % ucuzlaşıb.

Nüsrət İbrahimovun sözlərinə görə, mənzillərdən fərqli olaraq tikinti materiallarında qiymət artımı müşahidə olunub. Yerli tikinti materiallarında qiymət fərqi olmasa da, idxal olunan tikinti materiallarında bahalaşma baş verib. Belə ki, ötən ayla müqayisədə qiymətlər 0,31%  artıb. Qiymət indeksi ay ərzində 4,37-dən 4, 50 yüksəlib.

“Tikinti bazarındakı bu qiymət yüksəlməsini stabil hesab etmək olar. Çünki qiymət artımı elə də böyük deyil. Xarici bazarda tikinti materiallarının qiymətinin artması yerli bazara da təsir edib. Azərbaycan tikinti materiallarını idxal edir. Ona görə də xarici bazarlardakı bahalaşma yerli bazara da, təsirsiz ötüşməyib. Yerli materialların qiymətində isə bahalaşma olmayıb”.

Gültəkin Ələsgər  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan