
Modern.az saytının Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri müəyyən olunub. 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlının elan etdiyi “Əsl tələbə necə olmalıdır?" mövzüsuna mükafatlandırılacaq tələbələr seçilib.
A.Naxçıvanlı ona seçilib təqdim olunan 16 məqalədən 3-nü qalib elan edib. Bunlar Bakı Slavyan Universiteti Tərcümə fakultəsinin I kurs tələbəsi Məmmədova Aytacın, Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin I kurs tələbəsi Paşazadə Ayselin, Azərbaycan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbəsi Fərhadlı Maviyənin yazdığı məqalələrddir.
A.Naxçıvanlı qalib tələbələri gələn həftə Azərbaycan Müəllimlər İnstitutunda mükafatlandıracaq. Deputat hər üç qalib tələbəyə eyni dəyərdə qiymətli hədiyyə təqdim edəcək.
Mail Ağaxanov