Modern.az

Bakıdakı müasir butiklərin “importnı” adları - FOTOLAR

Bakıdakı müasir butiklərin “importnı” adları - FOTOLAR

Aktual

7 İyul 2012, 16:13

Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı “Dövlət dili haqqında” qanunun tələblərini pozan dövlət və özəl müəssisələrin hüquqi qaydada cəzalandırılması üçün məhkəməyə müraciət etməyə başlayıb. Deputat ilk olaraq “AGA Centere” və “Bazar Store” şirkətlərini məhkəməyə verib. S.Rüstəmxanlı dəfələrlə müəssisə və ya təşkilatların bu qanunun tələbini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Şəhərdə apardığımız müşahidələr onu göstərir ki, bir çox satış mərkəzləri “Dövlət dili haqqında” qanunun tələblərini pozur.

  “Reklam haqqında” qanun yenidən dəyişilməsə və ona əlavələr olunmasa, bu problem ömrü boyu qalacaq”.  
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev Modern.az-a aşıqlamasında bildirib ki, bu halların qarşısını almaq üçün  “Reklam haqqında” qanuna bir sıra dəyişiklər etmək lazımdır.  

“Bu halların qarşısını almaq tək “Dövlət dili haqqında” qanunda yox, eyni zamanda paralel olaraq “Reklam haqqında” qanunla tənzimlənməlidir. Çünki reklam işi ilə məşğul olan reklamverici, başqa qanunları axtarmır. Baxır ki, “Reklam haqqında” qanunda o məsələ yoxdur və ona görə özünü qoyur görməməzliyə. Bu baxımdan “Reklam haqqında” qanun dəyişilməlidir. Reklamlar da birbaşa mərkəzdən idarə olunub razılaşdırılmalıdır. Əgər bu olmasa reklamverici, agentlik və ya reklama icazə verən təşkilat dil ilə maraqlanmayacaq. Hər kəs gətirib reklamını istədiyi xarici dildə qoyacaq. “Reklam haqqında” qanun yenidən dəyişilməsə və ona əlavələr olunmasa, bu problem ömrü boyu qalacaq”.      

 

 

 

 

 

 

 

 

 

 

 

 


Anar Kəlbiyev

Elçin Ağayev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan