
Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri müəyyən olunub.
74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli özünün elan etdiyi “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzüsunda mükafatlandıracağı tələbələri seçib. Deputat bununla yanaşı, tələbələrin intellektindən və yazı yazmaq bacarığından narazı qalıb. Deyib ki, tələbələr onlara təqdim olunan mövzunu tam əhatə edə bilməyiblər.
Modern.az saytı tələbələrin yazdığı 100-dən artıq yazının on üçünü Hadi Rəcəbliyə təqdim edib. Komitə rəhbəri həmin yazı müəlliflərinin 3-nü qalib elan edib.
Deputat Bakı Dövlət Universitetinin II kurs magistrı Turac Teyyubqızına 1-ci yeri verib. Həmin tələbə avqust ayının 15-dən sonra 3 gün “Palıdılı Sahil ” istirahət mərkəzində istirahət edəcək.
2-ci yerin qalibi Qərb Universitetin siyasi elmlər fakültəsinin tələbəsi Əli Məmmədliyə mobil telefon veriləcək.
3-cu yerin qalibi Bakı Slavyan Universiteti Tərcümə fakultəsinin I kurs tələbəsi Aytac Məmmədovaya Milli Məclisin loqotipi olan dəftərxana dəsti və H.Rəcəbli haqqında olan kitablar hədiyə olunacaq.
Mail Ağaxanov