Millət vəkili Qənirə Paşayeva Azərbaycan Nyu-York Assosiasiyasının medalına layiq görülüb. Qənirə Paşayevaya bu medal ABŞ-a səfəri çərçivəsində təqdim edilib. Bu ödülün onun üçün çox dəyərli olduğunu deyən millət vəkili Qənirə Paşayeva təşkilatın üzvlərinə minnətdarlığını bildirib.
Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri millət vəkili ilə görüşdə bu istiqamətdə görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə məlumatlar veriblər və ətraflı fikir mübadiləsi aparılıb. Millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumatlar verilib, təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Modern.az