Modern.az

Azərbaycan əhalisinin yeni sayı açıqlanıb

Azərbaycan əhalisinin yeni sayı açıqlanıb

Aktual

9 İyul 2012, 14:23

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin sayına dair yeni statistika açıqlayıb.  Rəsmi məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9294 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşür.

2012-ci ilin birinci yarısında 86,4 min, gündə təxminən 475 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artıb. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub. Сari ildə doğulan körpələr üçün 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş ömür uzunluğu gözlənilir.

Yanvar-iyun aylarında ölkədə 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 və 1,2) qalıb. 2012-ci ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,1 min nəfər ölkədən gedib.             

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı