Həsən bəyin yubileyi vətənində qeyd olundu
Bu gün Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov ölkənin tanınmış jurnalistləri və media qurumlarına rəhbərlik edən şəxslərlə birlikdə, təxminən 50-dək nümayəndə heyəti ilə Zərdab rayonuna səfər edib. Bu səfər prezident İlham Əliyevin milli mətbuatın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində baş tutub.
Modern.az xəbər verir ki, nümayəndə heyətində MŞ sədri Əflatun Amaşov, KİVDF-nin direktoru Vüqar Səfərli, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli və digər rəsmi şəxslər təmsil olunublar. Onlar rayonda Həsən bəy Zərdabinin və Heydər Əliyevin abidələrini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra H. Zərdabinin Ev Muzeyi ziyarət olunub. Bundan sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sonra qonaqlar yubiley çərçivəsində növbəti tədbiri keçirmək üçün Gəncəyə yola düşüblər.
Modern.az