Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-dən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına start verib.
Artıq III ixtisas qrupu üzrə imtahanlar geridə qalıb. İmtahanların təşkili, abituriyentlərə təqdim olunan sualların səviyyəsi və ümumiyyətlə proseslə bağlı ilkin təəssüratlar var. İmtahanların gedişindən razı qalanlar da var, narazılar da...
Modern.az saytı hazırda gündəmin əsas mövzularından olan ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı sorğu keçirir.
Sorğumuzda iştirak etmək istəyənlər saytımızın əsas səhifəsindəki “Sorğular bölməsində yerləşdirilən “Qəbul imtahanları necə keçir” sualının mümkün cavablarından birini qeyd edə bilərlər.