Modern.az

İsgəndər Həmidovun qardaşı vəfat edib

İsgəndər Həmidovun qardaşı vəfat edib

Aktual

16 İyul 2012, 10:48

Bu gün səhər saatlarında sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı Zakir Məmmədov dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, xəbəri musavat.com-a mərhumun yaxınları verib.

İsgəndər Həmidov özü isə bildirib ki, o, hazırda yoldadır, qardaşının dəfninə gedir.

İ.Həmidovun sözlərinə görə, qardaşı uzun müddət imiş ki, bağırsaqlarındakı xəstəlikdən əziyyət çəkirmiş.
"Beş dəfə Azərbaycanda, iki dəfə Türkiyədə cərrahi əməliyyat olunub. Amma buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı".
Dəfn bu gün, iyulun 16-da olacaq. Mərhumun yas mərasimi Gəncənin "2-ci çast" adlanan yerində keçirilir.

Mərhum Zakir Məmmədov 15 avqust 1952-ci ildə anadan olub. 1 ay sonra 60 yaşı tamam olacaqdı.
O, uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Gəncənin Nizami rayonunun prokuroru olub.
Ailəlidir. Bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı