Modern.az

AGBank deputat Gülər Əhmədova ilə bağlı qalmaqala münasibət bildirdi

AGBank deputat Gülər Əhmədova ilə bağlı qalmaqala münasibət bildirdi

Aktual

16 İyul 2012, 12:15

Ötən həftə mətbuat millət vəkili Gülər Əhmədova ilə “Azəriqazbank” (AGBank) arasında pul üstündə gərgin mübahisələrin yarandığı barədə məlumatlar yayıb. Bildirilib ki, Gülər Əhmədova «Kamran B.Ə.» MMC-nin rəhbəri Ələkbər Babayevə “Azəriqazbank”dan 2 milyon manat kredit götürməkdə zamin durub.

Sonradan Ələkbər Babayev həbs olunduğundan o, götürdüyü kreditin özünü və fazini ödəyə bilməyib.

AGBankın külli miqdarda kredit borcunun ödənməməsinə görə Gülər Əhmədovandan da zamin qismində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdiyi bildirilir.

Adının bu məsələdə hallandırılmasına etiraz edən deputat haqqında yayılan xəbəri təkzib edib.

Qeyd edək ki, məlumat yayılandan sonrakı müddətdə AGBank məsələyə rəsmi münasibət bildirməmişdi.

Bunu nəzərə alan Modern.az-ın əməkdaşı “Azəriqazbank”dan rəsmi münasibət öyrənməyə çalışıb. Bankdan  əməkdaşımıza bildirilib ki, yaranan qalmaqalla bağlı qoy Gülər Əhmədova özü açıqlama versin:

“Bilirsiniz, bu məsələ ilə bağlı artıq bir neçə gündür ki, mətbuatda müxtəlif informasiyalar verilib. Biz AGBank olaraq qeyd etmək istərdik ki, hər hansı müştərimizlə bağlı məlumatı yaymağa, mətbuata açıqlamağa haqqımız yoxdur. Bu qanunla yolverilməzdir. Banklar haqqında olan qanuna görə, müştəri ilə bağlı məlumatların açıqlanması birmənalı şəkildə qadağandır. Bu bankın sirridir. Yaxşı olardı ki, Gülər Əhmədova özü bu barədə məlumat versin”, - deyə "Azəriqazbank”dan vurğulayıblar.


Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı