Modern.az

Azərbaycanda 21 nəfəri əqrəb sancıb

Azərbaycanda 21 nəfəri əqrəb sancıb

Aktual

16 İyul 2012, 13:13

Aprel ayından bu günə kimi Azərbaycanda 21 nəfəri əqrəb sancıb.  Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, sancmalarla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edənlərə ilkin tibbi yardım göstərilib.

Əqrəb sancmasından ölüm hadisəsi baş verməsə də, ilansancması nəticəsində bir nəfər dünyasını dəyişib.

Şöbə müdiri onu da qeyd edib ki, rayonlar arasında ilansancmaları daha çox Siyəzən rayonunda qeydə alınıb. Bu rayondan 7 nəfəri ilan sancıb. İlansancmaları Gəncə, Şəki, Bərdə, Ucar, Yevlax rayonlarında da olub. Bu rayonların hər birindən ilansancması ilə bağlı bir-iki müraciət olub.   

Gültəkin Ələsgər
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı