Modern.az

Hansı ali məktəblərdən qovulan tələbə var?

Hansı ali məktəblərdən qovulan tələbə var?

Aktual

16 İyul 2012, 15:56

Azərbaycandakı dövlət və özəl ali məktəblərdə oxuyan tələbələrin hər il bir qrupu müxtəlif səbəblərdən təhsil müəssisələrindən xaric olunurlar. Həmin tələbələr təhsildən Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnaməyə uyğun kənarlaşdırılırlar. Qeyd edək ki, sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. 

Modern.az bu il ərzində bəzi universitetlərdən nə qədər tələbənin qovulduğunu araşdırıb.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova saytımıza bildirib ki, 2011-2012-ci tədris ilində universitetdən xaric olunan tələbə olmayıb.

“Bizim universitetdən digər ali məktəblərə köçürülən tələbə yoxdur. Ölkənin digər ali məktəbindən bir nəfər tələbə Azərbaycan Dillər Universitetinə köçürülüb”.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev də bu il universitetdən xaric edilən tələbənin olmadığını deyib.

“Bu il bir tələbə öz ərizəsi ilə xarici universitetə gedib. Həmin tələbə təhsilini orada davam etdirəcək. Bundan başqa universitetdən xaric olunan tələbə yoxdur”.

Xəzər Universitetinin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmiraslanov bildirib ki, bu il ali məktəbdən qovulan tələbə olmasa da, əvəzində başqa universitetlərə köçürülən tələblər var.

“Dərslər Boloniya sistemi ilə keçirildiyi üçün tələbə xaric oluna bilməz. Onlar qeyri-məqbul aldıqları dərsləri növbəti illərdə davam etdirməlidirlər. Ən son məqamlarda isə onlara şiddətli töhmət verilir. Bu il Xəzər Universitetindən 2 nəfər tələbə Azərbaycanın digər universitetlərinə köçürülüb. Xəzər Universitetinə isə 10-a yaxın tələbə köçürülüb. Ümumiyyətlə köçürmə çox çətin olduğuna görə, tələbələr azlıq təşkil edir. Təshil Nazirliyi icazə verməsə, köçürmə halı mümkün deyil. Köçürməni yalnız nazirliyin xüsusi məktubu saəsində həyata keçirə bilərik”.

Digər Universitetlərdə də tələbələrin xaric oluması və ya köçürülməsi haqqında xəbərlər veriləcək....

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı