Modern.az

Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Aktual

17 İyul 2012, 09:56


Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. “Bakı Bulvarı” və “Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.

Bu cinayət işinin istintaqı ilə MTN məşğul olur. Nazirlik istintaqla bağlı sonuncu dəfə açıqlamasında bildirib ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?