Modern.az

Meksika Konqresinin Deputatlar Palatasının sədri Bakıya gəlib

Meksika Konqresinin Deputatlar Palatasının sədri Bakıya gəlib

Aktual

18 İyul 2012, 09:34

Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse iyulun 17-də Azərbaycana səfərə gəlib.  Heydər Əliyev Beynəlxalq Aeroportunda Oskar Arseni Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Oskar Arse hava limanında jurnalistlərə müsahibəsində deyib ki, səfərin məqsədi Azərbaycanın və Meksikanın qanunverici orqanları arasında əlaqələrin və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparmaqdır.
Oskar Arse bildirib ki, Meksika Konqresinin Deputatlar Palatası və Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etməklə Azərbaycan xalqının yanında olduğunu bir daha göstərib. O vurğulayıb ki, Meksika Azərbaycanın bütün siyasi addımlarını dəstəkləyir.
Deputatlar Palatasının sədri, həmçinin qeyd edib ki, Meksika neft-qaz sahəsində böyük təcrübəsi olan Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.
Səfər çərçivəsində O.Arsenin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı