İki gün öncə cəhbə xəttində neytral ərazidə ermənilər tərəfindən vurulan Milli Ordunun əsgəri Elçin Orucovun meyiti tapılıb. Modern.az-ın ANSPRESS-ə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı Qüvvələrinin Tovuz istiqamətində açdığı atəş nəticəsində yaralandığı bildirilən milli ordumuzun hərbi qulluqçusu Orucov Elçin Rauf oğlunun axtarışı nəticə verib. Azərbaycan ordusunun əsgəri Elçin Orucovun meyiti ötən gün gecə saatalarında neytral bölgədən çıxarılıb. Şəhid əsgərimizin meyiti hadisə yerindən götürülüb. Elçin Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilib.
Qeyd edək ki, E.Orucov Tərtər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır.
Modern.az