...Bölgələr üzrə
Adətən, yaya ayının gəlişi ilə evlərin qiyməti ucuzlaşır. Bu ucuzlaşma paytaxtın mənzil bazarında özünü göstərsə də rayonlarda bunun tam əksi baş verir. Ekspertlər bunu istirahət mövsümü zamanı bölgələrə turist axını ilə izah edirlər. Amma mövsümündən asılı olmayaraq elə rayonlar var ki, orda evlər həmişə öz qiymətinin bahalığı ilə seçilir.
Rayonlar üzrə ən bahalı evlər Quba-Xaçmaz iqtisadi rayonundadır. İkinci yerdə Qax-Zaqatala-Balakən, sonrakı yeri isə Şamaxı-İsmayılı və Cənub regionu üzrə Lənləran-Astara tutur.
Belə ki, Quba-Xaçmaz iqtisadi rayonunda 100 kv. m-lik bir mərtəbə kürsülü və həyətyanı sahəsi 12 sot olan ev təmirindən asılı olaraq 45-60 min manat arasında dəyişir.
Qax-Zaqatala-Balakən iqtisadi rayonu üzrə fərdi evlərin qiyməti isə Quba-Xaçmaz iqtisadi rayonu ilə müqayisədə 15 faiz aşağı yəni 38-51 manatadır.
Şamaxı-İsmayıllıda 30-50 min manat arasında dəyişir. Cənub regionunda isə 24 min manata ev almaq mümkündür.
Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Ramil Osmanlı deyir ki, regionlar üzrə daşınmaz əmlakın qiymətləri bir qədər fərqlidir. Paytaxtdan fərqli olaraq regionlarda qiymətlər dəyişir. Əgər paytaxtın mənzil fondunun əsas hissəsini mənzillər təşkil edirsə regionlar da bu məsələ fərdi yaşayış evlərinin xeyrinə dəyişir.
Fərdi yaşayış evləri sahəsindən asılı olaraq, bir neçə seqmentə ayrılır. Yəni tipik həyət evləri, bağ evləri var, villalar, kotteclər var. Fərdi yaşayış evlərinə görə, ən aktiv region qiymət və satış dinamikliyinə görə, Quba-Xaçmaz iqtisadi rayonudur. Sonrakı yerləri Qax-Zaqatala-Balakən, Şamaxı-İsmayıllı və Cənub regionu üzrə Lənkəran-Astara tutur.
Villalara və kotteclərə gəldikdə isə sıralama da aktivlik baxımından yenə Quba-Xaçmaz iqtisadi rayonudur. Bu zonada turizmin inkişafı, eyni zamanda turizm imkanlarının və təbiətinin yaxşı olması, o cümlədən paytaxta yaxın olması və Rusiya-Azərbaycan magistral dəmir yolunun üzərində yerləşməsi baxımından bu region digər regionları üstələyir. Ona görə də bu regionda villa və kotteclərin sayının aktivlik əmsalı digər rayonlardan yüksəkdir.
Son illərdə bəzi regionlara dövlət tərəfindən diqqətin artırılması bəzi regionlarda rayonlar üzrə vəziyyəti dəyişib. Məsələn, Qəbələ rayonu Azərbaycanda tikintinin tempinə və aktivliyinə görə qalan rayonları geridə qoyur. Amma təbii ki, qiymət baxımından Qəbələ ilə Zaqatalanı müqayisə etmək olmaz. Məsələn, Zaqatala rayonunun mərkəzində torpağın bir sotu Qəbələdəkindən 2 dəfə bahadır. Baxmayaraq ki, Zaqatala paytaxtdan daha uzaqda yerləşir amma bu rayona maraq göstərən turistlərin sayı çox olduğundan burada da qiymətlər kifayət qədər yüksəkdir.
Masallı iqtisadi rayonu üzrə də bunu demək olmaz. Masallı, Lənkəran və Lerikin bir hissəsi, Yardımlının ucqar hissələri ev almaq əlverişsizdir.
Amma bu rayonun digər ərazilərini tikintinin səviyyəsinə görə, aktiv regionlar sırasına daxil etmək olar. Kotteclərin villaların qiymətinə gəlincə, həmin regionlarda elə villa və kotteclər var ki, onların tikintisinə 1 milyona qədər xərc çəkilib.
Gültəkin Ələsgər