Modern.az

Ağrı Qaradağlı İstanbulda evləndi - FOTO

Ağrı Qaradağlı İstanbulda evləndi - FOTO

Aktual

21 İyul 2012, 14:20

Gənclər Güneylə Quzeyi ailələrində birləşdirdilər 

Güney Azərbaycan milli azadlıq hərəkatının fəallarından olan Ağrı Qaradağlı bu həftə İstanbulda ailə həyatı qurub.  İstanbulun “boğaz” hissəsində keçirilən toy mərasimində Guney və Quzey Azərbaycandan, Türkiyədən qonaqlar iştirak edib.
Toyu haqqında Modern.az-a danışan Ağrı Qaradağlı xanımının Quzey Azərbaycandan – Bərdə rayonundan olduğunu bildirib. Qeyd edək ki, 8 ilə yaxın Bakıda mühacir həyatı yaşamış və Mahmudəli Çöhrəqanlının lideri olduğu Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı təmsilçiliyini icra etmiş Ağrı Qaradağlı ötən ilin sentyabrında Azərbaycan Respublikasını tərk edib Gürcüstana sığınmışdı. Orada bir neçə ay qaldıqdan sonra isə Türkiyəyə keçmişdi. Hazırda GAMOH-un İdarə Heyətinin üzvüdür.
Xoşbəxt olsunlar!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı