Modern.az

Parlament jurnalistləri Mətbuat bayramını əlil uşaqlarla birgə qeyd ediblər - FOTOLAR

Parlament jurnalistləri Mətbuat bayramını əlil uşaqlarla birgə qeyd ediblər - FOTOLAR

Aktual

22 İyul 2012, 14:30

Bu gün Parlament Jurnalistləri Birliyi və millət vəkili Fuad Muradovun təşəbbüsü ilə 22 İyul – Milli Mətbuat gününə həsr olunan tədbir keçirilib. Tədbir Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7 nömrəli Uşaq İnternat evində baş tutub. Mətbuat gününü fiziki qüsurlu uşaqlarla birgə qeyd edək parlament jurnalistləri Həsən bəy Zərdabidən başlayan bu günün gənclərlə keçirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.

Mərasimdə çıxış edən İnternat evinin direktoru Qətibə Əzizova uşaqlara göstərilən diqqətə görə qonaqlara təşəkkürünü bildirib və jurnalistləri mətbuat bayramı münasibətilə təbrik edib.

Mətbuat günündə 33 yaşını qeyd edək deputat Fuad Muradov doğum gününün və eləcə də mətbuat bayramının fikizi qüsurlu uşaqlarla birgə keçirməkdən şad olduğunu deyib.

“Xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bu baxımdan jurnalistlərlə, onların bayramını burada keçiririk. Bu ağrılı problem hər birimizi narahat etməlidir. Hər kəs əlində gələcək qədər bu uşaqlara qayğı göstərməlidir”, - deyə deputat bildirib.

Daha sonra çıxış edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Həsən bəy Zərdabinin gənclərə göstərdiyi qayğıdan danışıb.

“Zərdabi təkcə mətbuatla bağlı deyildi. O gənclərə, onların maariflənməsinə daha çox diqqət yetirirdi. Zərdabidən başlayan bu günümüzün gənclərə həsr olunmalıdır. Biz mətbuat gününü əqli qüsurlu uşaqlarla keçirdiyimiz üçün çox sevinirik. Biz bu günümüzü gənclərə həsr etməliyik. Buradakı uşaqların daha çox qayğıya ehtiyacı var. Biz H.B.Zərdbidən gələn ənənəni davam etdirməliyik. Hər zaman onların yanında olmaq və onlara lazımi yardım göstərmək hər media orqanının əsas prinsipi olmalıdır. Bizim jurnalist olaraq borcumuzdur ki, bayramızı sizinlə qeyd edək”.

E.Eyvazlı Mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edərək tədbirə qatılan parlament jurnalistlərinə hədiyyələr verib. Deputat Fuad Muradovda öz növbəsində jurnalistlərə dəyərli hədiyyələr verərək onlarlı təbrik edib. Millət vəkili daha sonra uşaqlara da hədiyyələr paylayıb.

Qeyd edək ki, Saray qəsəbəsində yerləşən 7 nömrəli Uşaq İnternat evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. 

 

 


 

 

 


 

 

 

Anar Kəlbiyev 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı