Paytaxtın Nəsimi rayonunda yaşayış binasında güclü partlayış olub. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən mənzildə baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 170 kvadrat metr olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib. Partlayış zamanı yüksək temperaturdan 0,5 kvadrat metr sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanıb və pəncərə çərçivəsi haşiyədən çıxıb.
Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
***
Yaralılardan biri - 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev xəstəxanada ölüb. İlkin ehtimala görə, partıltıya texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Modern.az