
Azərbaycanda orta məktəb və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı bu gündən test imtahanlarının keçirilməsinə başlanıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanlar avqust ayının sonlarınadək davam edəcək.
İmtahanda hər bir namizədə 35 sual təqdim ediləcək. İmtahanda hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Zəruri ehtiyac yarandıqda, test suallarının sayı və imtahana ayrılan vaxt dəyişdirilə bilər. İmtahanda hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb.Ölkə üzrə müsabiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 1483-ü riyaziyyat, 1112 nəfəri tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib. Ən çox vakant yerin olduğu coğrafiya fənni üzrə 636 nəfər müsabiqəyə buraxılıb.
Modern.az saytı orta məktəblərdəki vakant yerlərə verilən ərizələrlərin statistikasını təqdim edir:

Modern.az