Modern.az

Mirmahmud Mirəlioğlu Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrıldı

Mirmahmud Mirəlioğlu Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrıldı

Aktual

23 İyul 2012, 13:15

Bu gün KXCP sədri Mirmahmud Mirəlioğluna Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Rəfail Süleymanovun imzası ilə çağırış vərəqəsi təqdim olunub. Bu barədə Modern.az-a KXCP-nin mətbuat xidməti məlumat verib.  
Məlumata görə, çağırış vərəqəsinə əsasən Mirəlioğlundan 112026126 saylı cinayət işinin istintaqı ilə əlaqədar bu gün saat 15.00-da idarəyə gəlməyi xahiş olunur. KXCP sədrinin təşkilat  məsələləri üzrə müavini Xəzər Teyyublu və əlaqələr üzrə müavin Fkrət Cəfərov da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı