Modern.az

MTRŞ sədri: “Telekanallara yenidən pul ayrılacaq”

MTRŞ sədri: “Telekanallara yenidən pul ayrılacaq”

Aktual

23 İyul 2012, 13:39

Bu növbəti aylarda gerçəkləşə bilər

“Avqust-sentyabr aylarında milli teleserialların çəkilməsi ilə bağlı televiziyalara növbəti vəsaitin ayrılması gözlənilir”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, bu sahədə dövlətin dəstəyi hər zaman olduğu kimi davam edir. “Amma bu hər zaman olmayacaq. Bazar iqtisadiyyatına uyğun olaraq prodakşnlar özləri serial çəkməli və çəkdiklərindən gəlir əldə etməlidirlər. Hələlik isə onların maddi-texniki bazasının genişləndirilməsi üçün ilkin kömək edilir”.

Televiziyalara yenidən nə qədər vəsaitin ayrılmasıına gəlincə isə MTRŞ sədri “ən azından əvvəlki miqdarda olacaq, hətta bəlkə də çox”, – deyə qeyd edib.

Xatırladaq ki, MTRŞ tərəfindən televiziyalara milli serialların çəkilməsi üçün ayrı-ayrılıqda 300 və 500 min manat vəsait ayrılıb.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı