Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu onun Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılması ilə bağlı Modern.az saytına açıqlama verib.
M.Mirəlioğlu Korrupsiyaya qarşı mübarizə idarəsinə nə üçün çağırılmasından xəbərsiz olduğunu və bununla bağlı ona çağırış gəldiyini deyib. “Sözün açığı mən də bilmirəm nə üçün çağırıblar. Bununla bağlı heç bir məlumatım yoxdur. Sadəcə olaraq mənə Korrupsiyaya qarşı mübarizə idarəsinə gəlmək barədə çağırış olub. Gedək görək nə məsələdir...”, - deyə KXCP sədri bildirib.