Modern.az

XİN rəsmisi: “Əsas məsələ valideynləri həbsdəki övladları ilə görüşdürməkdir”

XİN rəsmisi: “Əsas məsələ valideynləri həbsdəki övladları ilə görüşdürməkdir”

Aktual

23 İyul 2012, 15:08

 “İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə valideynlər ilə yanaşı, səfirlik nümayəndələrinin görüşü məsələsi hələ İran tərəfi ilə razılaşdırılır”. Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Nazirlik rəsmisi bildirib ki, valideynlərin nə vaxt və hansı şəraitdə görüşəcəyi və s. məsələlər hələ İran tərəfi ilə razılaşdırılır. “Bu haqda hələlik əlavə heç nə demək mümkün deyil”.  

İranda saxlanılan azərbaycanlı şairlərinin vəkillə təmin olunması məsələsinə isə E. Abdullayev belə açıqlama verib: “Biz hələ ki valideynlərlə, səfirlik nümayəndələrinin görüşünün keçirilməsinə çalışırıq”.  

Mail Ağaxanov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı