Modern.az

Şahbaz Xuduoğlu Rəşad Məcidə cavab verdi

Şahbaz Xuduoğlu Rəşad Məcidə cavab verdi

Aktual

23 İyul 2012, 15:30

“MKM-nın iki ildən bir keçirilməsi mənim yox, təsisçinin qərarıdır”, – “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Modern.az-a bildirib.

Xatırladaq ki, bundan bir qədər əvvəl “525” qəzetinin baş redaktoru, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid “Milli Kitab Mükafatını Şahbaz Xuduoğlunun ambisiyaları iflasa uğratdı” fikrini səsləndirmişdi.

“Məncə, Nigar Köçərlinin qərarı yerində verilib. Bəlkə, MKM iki ildən bir keçirilsə, daha keyfiyyətli əsərlər ortalığa çıxa bilər. Amma Rəşad Məcidin ittihamları təxminən bilirsinizmi nəyə bənzəyir? Elə bil deyir və bunu ciddi cəhdlə sübut etməyə çalışır ki, biz indi yay yox, qış fəslindəyik“, – deyə Ş. Xuduoğlu Rəşad Məcidin ittihamlarına cavab olaraq əlavə edib.

Qeyd edək ki, hər il keçirilən Milli Kitab Mükafatı (MKM) 2012-ci ildə baş tutmadı. Bununla bağlı “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri, MKM-in təsisçisi Nigar Köçərli öz fikirlərini mətbuata artıq açıqlama verib. O, qeyd edib ki, MKM iki ildən bir keçirilsə, özünə daha çox diqqət və maraq oyada bilər.

“Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli R. Məcidin ittihamları ilə bağlı heç bir fikir səsləndirmək istəmədi.

Könül Səid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı