Modern.az

I qrup üzrə qabiliyyət imtahanı keçirilir

I qrup üzrə qabiliyyət imtahanı keçirilir

Aktual

24 İyul 2012, 11:01

Bu gündən I ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, imtahan komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı  verəcəklər.

TQDK-dan bildirilib ki, qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər  I ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.  Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.  İlkin nəticələrə əsasən 1256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...