Modern.az

Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar

Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar

Aktual

24 İyul 2012, 11:20

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi  “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası naminə xarici ölkələrdə elektron medianın rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  ermənilərə  məxsus 50-yə yaxın  internet saytının  monitorinqini aparıb.

 Bu  araşdırmanın əsas məqsədi ermənilərin  internet məkanında Azərbaycanın  və türk dünyasının əleyhinə  həyata keçirdikləri təxribatları aşkarlayıb ifşa etməkdir.

Monitorinqə  ermənilərə məxsus gündəlik xəbər portalları ilə bərabər  birbaşa saxta təbliğat məqsədilə yaradılan internet resurslarıda daxil olub.  Onu qeyd edək ki, araşdırmalar nəticəsində   dəhşətli  saxtakarlıqlar  aşkar edilib. Əslində belə yalan məlumatlar haqqında həmişə danışılıb, yazılıb. Bəlkə də  ermənilərin bu  yazılarını  ciddi qəbul etməyərək əhəmiyyət verməmək olardı.  Ancaq  heç bir sərhəd tanımayan internetdən  dünyanın hər bir yerində  istifadə edilir. Ermənilərin çox hiyləgərcəsinə  yaydığı bu  saxta məlumatlardan  görün,  nə qədər  əcnəbi vətəndaş  Azərbaycan haqqında səhv  informasiyalar  əldə edir. Bir maraqlı  məqamı müşahidə etdik ki, ermənilərə  məxsus  nisbətən neytral mövqeyi olan internet mediasının özündə də qərəzçilik müşahidə olunmaqdadır.

Bir sözlə  internet məkanı və bu  resurslardan istifadə edən dünya ictimaiyyəti  erməni saxtakarlığı ilə  üz-üzə  qalır.  Təhrif olunan informasiyalar, qərəzli yazılar  ermənilərə məxsus bu  50 saytda təkrar olunduğuna görə, onların hamısının adlarını   və yazılarını təqdim etmirik. İndi  yalnız  onların bəzilərində  gedən məqamları  diqqətinizə  çatdırırıq.  

Baku.am saytı:  Bu sayt vasitəsilə ermənilər nəinki Bakının tarixini, hətta  bütün tarixi faktları,  xüsusilə  1918-ci il hadisələrini tamamilə  saxtalaşdırıblar. Görün, bu saxtalaşdırma  hansı formada davam edib?  Saytda  göstərilir:  “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”.  Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi  haqqında  məlumatı olmayan  əcnəbi  bu saxtakar yazıları oxuyandan  sonra düşünə bilər ki,  Bakı qədim erməni şəhəridir.

Saxtakarlıığı  davam etdirən  Baku.am saytı daha sonra yazır: “Beləliklə, Bakı şəhərinin qəhrəmanlıqla  müdafiəsi erməni hərbi tarixinə daha bir şərəfli səhifə əlavə etdi”. 

 Görünür, ermənilər 1918-ci ilin mart  ayında və sonra dinc  azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri  ermənilərin tarixi qələbəsi kimi qələmə veriblər.

Bundan əlavə ermənilər  qədim Bakının tarixini,  memarlıq abidələrini, neft şəhəri kimi inkişafını  öz adları ilə bağlayaraq uğursuz cəhdlər ediblər.

Xocali.com saytı: Xocali.com  əyləncə saytı kimi fəaliyyət göstərir. Burada ermənilər Azərbaycanın əleyhinə kifayət qədər  şəkillər yerləşdiriblər. Onların başlıca məqsədi Xocalı adlı  sayt vasitəsilə  reallığı, acı həqiqətləri  gizlətməklə öz çirkin planlarını gerçəkləşdirməkdir.

Bu məqamda erməni saytlarında yerləşdirilən  Xocalıda erməni vəhşiliyini tam təsdiqləyən və onların  özlərinin fəxrlə yazdıqları kitablardan  iki faktı qeyd etmək  yerinə düşər. Davuda  Xeyriyan  “Xaç üçün” kitabında yazırdı: “ Martın 2-də Qaflanermeni qrupu(cəsədləri yandırmaq ucun yaradılmış xususi qrup) axmaq moğullara (yəni, türklər) aid 2000 cəsəd yığdı və Xocalının qərbində onları biryerə toplayaraq yandırdı. Son yük maşınında mən təxminən 10 yaşında bir ...qız uşağı gördüm, qız boynundan və əlindən yaralanmışdı. Soyuğa və aclığa baxmayaraq uşaq yaşayırdı. Mən heç bir zaman ölümlə mübarizə aparan bu qızın gözlərini unutmayacam. Daha sonra biz onu da yandırdıq”.

Zori Balayan  “Ruhun canlanması” kitabında yazıb: “Vətəndaşlıq və kişilik vəzifəsi kimi məndə Moğul dölünə (yəni, türklərə) işgəncə verdim…. Bizim əsgərlər çox səs çıxarmaması üçün uşağı dırnaqlarından pəncərənin şüşəsinə mıxlamışdılar. Xaçatur uşağın anasının kəsilmiş döşlərini onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türk uşağının sinəsinin və qarnını yardım.Uşaq 7 dəqiqə sonra qan itkisindən öldü. Mən həkim olduğum üçün uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə böyük bir sevinc vardı”.

Ararat Online.ru internet saytında erməni tarixi bölməsində (ИСТОРИЯ АРМЕНИИ) bir daha  erməni xəstəliyinin  şahidi oluruq.  Saytda göstərilir ki, bu  regionun ən qədim  xalqı və mədəniyyət daşıcıyısı məhz ermənilərdir. Onlar bütün tarixi mənbələri  çox  hiyləgərliklə saxtalaşdırmağa  cəhd göstəriblər.  Ermənilərin “Böyük Ermənistan” xəstəliyi burada  daha biabırçı şəkildə təqdim olunaraq  və heç bir elmi sübutlara əsaslanmayıb.  Onlar tək Cənubi  Qafqaza, qədim Azərbaycan torpaqlarına deyil, bütün yaxın qonşu dövlətlərin ərazisinə, həmçinin  Misirə qədər olan ərazilərə  torpaq iddiaları  irəli sürürlər.

Ararat Online.ru internet saytının  həmin bölməsinə  diqqət yetirəndə bu qənaətə gəlmək olar ki, əgər  Şimal Buzlu  Okeanında  yaşayış mümkün olsaydı  ermənilər ora da iddia  qaldıracaqdılar.  Saytın həmin bölməsində qədim erməni dilindən söhbət açılır. Dünyanın ən tanınmış dilçiləri dəfələrlə  tutarlı faktlarla sübut ediblər  ermənilər  başqa millətlərin  torpaqlarına,  maddi- mənəvi sərvətlərinə  həmçinin dillərinə təcavüz edərək   öz dillərini formalaşdıra biliblər.  Hətta bu  gün onların  leksiondakı  sözlərin böyük əksəriyyətini  əcnəbi sözlər təşkil edir. Bu yerdə  bir faktı qeyd etmək yerinə düşər.  Erməni ədəbiyyatşünas alim,  akademik Manuk Abeqyanın  etirafları diqqəti cəlb edir: “...erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt,  haradan  və hansı yollarla  gəlib... Bizdə bunun  dəqiq  və aydın sübutları yoxdur”.(“Erməni ədəbiyyatı tarixi” Yerevan 1975)

Сумгаит.инфо internet saytı bütünlüklə 1988-ci il Sumqayıt hadisələrini saxtalaşdırıb. Həmin hadisələrin birbaşa icraçısı və təşkilatçılarında biri olan Eduard  Qriqoryan  haqqında  heç bir  məlumat verməyərək  əsas  faktları  tamamilə təhrif ediblər.

Həqiqət isə belədir: 1988-ci ildə Sumqayıtda baş verən dəhşətli, qanlı hadisələr məharətlə ölçülüb-biçilmişdi. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı, sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla ermənilər “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün daha bir addım atmışdılar.

Daha  sonra Сумгаит.инфо  saytı  hətta  Xocalı faciəsi haqqında saxta məlmatlar yayaraq yazır: “Fakt faktlığında qalır.  Xocalı  hadisələri zamanı qətlə yetirilənlər  Ağdamın yaxınlığında  azərbaycanlıların  nəzarət etdiyi  ərazidə  baş verib”

Görün,  çoxda uzaq tarix olmayan  XX əsrin ən dəhşətli faciəsi sayılan   Xocalı soyqırımını  bu saxtakarlar necə təhrif etməyə çalışırlar.

Xəritələr haqqında saxtakarlıqlar

//www.armnet.ru saytı:   Ermənilərə məxsus  bu saytda qonşu ölkələrin xəritələri və əraziləri haqqında   məlumat verilib. 

Карта Армения bölməsində  Azərbaycanla bərabər Gürsüstanın, Türkiyənin, İranın əraziləri Errnənistan ərazisi kimi təqdim olunur. Bu məqama  həmin dövlətlərin ictimaiyyəti də çox həssaslıqla yanaşmalıdırlar. Çunki ermənilər  adı çəkilən ölkələrə də torpaq iddiasındadırlar.

azerichild.info saytı:  Ermənilər keçən dovr ərzində  daha bir hiyləgər addım atıblar. Belə ki, onlar  azerichild.info adlı sayt yaradıblar. Layihə çərçivəsində  Azərbaycanda nəşr olunan tarix dərslikləri, uşaq ədəbiyyatı, uşaq publisistikası, telekanal və internetdə bununla bağlı nümunələr “araşdırılıb”. Araşdırma zamanı ortaya çıxıb ki, guya həmin nümunələrdə ermənilər barədə “ermənilərin çirkin və həyasız ”,  “mənfur düşmən” kimi ifadələr işlənib.

Buradan təbii olaraq belə fikir yaranır.   Xocalı faciəsini törədənlərə, yüzlələrlə dinc azərbaycanlıları  amansızlıqla qətlə yetirilənlərə,  digər dəhşətli  faciələrə imza atanlara  mənfur düşmən ifadəsi,  ermənilərin  həyasız iddiaları  kimi  fikirlər  bəlkə də çox yumşaq  ifadələrdir.   

Ermənilər hər fürsətdə Azərbaycanın və Türkiyənin tarix dərsliklərində düşmən obrazının yaradılması ilə bağlı iddialar səsləndirirlər. Son olaraq yaratdıqları bu saytla isə yalanlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırlar.

Təkzibolunmaz  faktlar  bir daha təsdiqləyir ki, erməni dərslikləri uzun illərdir qisas almaq vasitəsinə çevrilib. Araşdırmalar bunu bir daha təsdiqləyir ki, dünyada  ermənilər öz uşaqlarını qonşu xalqlara nifrət ruhunda böyüdürlər. Onlar  beşikdən uşaqlara “türklər sənin düşmənindir”, “türk sənin qanını içib” deyə təbliğat aparırlar. Bu ermənilərin tarix dərsliklərində də türklər və Azərbaycan  barədə “gəlmə türklər”, “vəhşi türklər”, “vandalizmin vətəni” kimi ifadələr işlənir. Konkret fakta gəlincə, erməni tarixçisi Moisey Xorenlinin yazdığı “Erməni tarixi” kitabında türklər haqqında  nifrət dolu fikirlərə rast gəlinir. 

www.Genocide.ru saytı: Bu saytda ermənilər köhnə bayatılarını təkrarlayıblar. O qədər təkrarlayıblar ki, sanki  bu yalanlar qarşısında dünya çaş-baş qalıb. Axı  bütün bu saytların  hamısını dağıtmaq və yaxud  qapatmaq  mümkün deyil. Bu saytda  söhbət  yalnız 1915-ci il  hadisələrinin təhrifi ilə  bitmir. Başabəla  ermənilər  hətta XVIII-XIX əsrlərdə, nüxtəlif dövrlərdə rus-türk müharibəsi  zamanıda soyqırıma  məruz qaldıqlarını  uydurublar.

Bu yerdə  bir faktı qeyd etmək istərdik. Tanınmış   mütəxəssis Levon  Dabeqyan  ermənilərin iddialarını  mənitiqlə cavablandırır: “Ermənilər  öz milli varlıqları üçün birbaşa ... türklərə borcludurlar. Əgər biz bizanslılar və ya  başqa avropalılar  arasında qalsaydıq,  onda erməni adı   ancaq  tarix kitablarında  saxlana bilərdi”.

Vikipediya-da  erməni saxtakarlığının ən geniş məkanlarından  biridir.

Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən iftira dolu  yazıların sayı hesabı yoxdur. Burada yalnız siyasi mahiyyətli deyil, həmçinin mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla və s. haqqında ermənilərin  saxta  yazılarına rast gəlinir.    
"Literatura Azerbayjan" məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır .

Vikipediyada rus  dili  versiyasında Армянский Кеман bölməsində  Azərbaycan xalqına məxsus bir sıra musiqi alətləri  o cümlədən kamançanın  ermənilərə məxsus olması barədə  cəfəng  fikirlərə rast gəlinir. 

Ancaq  fakt faktlığında qalır.  Azərbaycanın görkəmli  misiqiçisi, kaman ustası  Habil Əliyev  öz ifaları ilə  bütün dünyaya  sübut edib ki,  kamança  Azərbaycan xalqının milli musiqi alətidir.

Vikipediya-da və digər internet resurslarında ermənilərin  daha bir  saxtakarlığı arxeoloji qazıntılar və tarixi abidələr barəsindədir.

Ermənilər Azərbaycanın işğal olunmuş Ağdam rayonunda “arxeoloji qazıntılar” aparıblar. Aparılan qazıntılar zamanı qədim Azərbaycan tarixi, o cümlədən Qafqaz Albaniyası ilə bağlı maddi-mədəniyyət nümunələri  vəhşicəsinə dağıdılıb. Erməni arxeoloqlarının Ağdamda apardıqları qazıntıların məqsədi qondarma "Arsax"ın, guya, e.ə. I əsrdə Ermənistanın tərkibinə daxil olması barədə mifi təsdiq etmək cəhdi durur. Erməni  arxeoloqları bildiriblər ki, guya Ağdamda apardıqları qazıntılar  zamanı erməni dövlətçiliyinin qədimliyini təsdiq edən yazılı və arxeoloji sübutlar əldə ediblər. Buna əsasən də, guya, "böyük" Tiqranın "Artsax"da əsasını qoyduğu Tiqranakert şəhərini müəyyən edə biliblər.

Ermənilərin Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasəti hər zaman olub. Aydın məsələdir  ki, ermənilərin bu gün də davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq məqsədi daşıyır. Bu siyasət Azərbaycana məxsus tarixi abidələrin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir.

Bir vacib məqamıda qeyd etməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalıqları, tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması faktı  "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Təəssüf ki,  erməni nə konvensiya tanıyır, nə də beynəlxalq hüquq.

Erməni saxtakarlığını  ifşa etmək  məqsədilə apar;lan tədqiqatlar haqqında ətraflı məlumat  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin www.fact-info.az  saytında yerləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı