
Modern.az-a daxil olan məlumata görə, Azərbaycanda yeni universitet yaradılacaq. Bununla bağlı Təhsil Nazirliyinə müraciət də daxil olub.
Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev isə belə bir məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, nazirliyə belə müraciət daxil olmayıb.
“Yeni yaradılan yeganə təhsil müəssisəsi Bakı Ali Neft Məktəbidir. Bu məktəbə lisenziyası da verilib və sentyabr ayından orada dərslər başlanacaq”.
Qeyd edək ki, nazirliyin rəsmisi faktı təkzib etsə də, yaxın vaxtlarda yeni universitet yaradılacağı haqqında məlumat səhihdir.
Sevinc İltifatqızı