Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları bu gün yola düşüb. Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, idmançıların ilk qrupu – 32 nəfər yola salınıb. İdmançıları rəsmi şəxslər, baş məşqçlər və həkimlər müşayiət edir. Sonrakı günlərdə digər qruplar da yola düşəcəklər.
İyulun 25-də London Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılacaq və Azərbaycanı salamlama günü olacaq.
İyulun 27-də London Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək. İyulun 28-də isə Londonda Azərbyacan gecəsi keçiriləcək. Həmin gecədə Azərbaycanın milli mətbəxi videoçarxlarla nümayiş olunacaq, opera, caz, muğam ustalarının ifası dinləniləcək.
Azərbaycanın London Yay Olimpiya Oyunlarındakı komandasının bayraqdarı isə Elnur Məmmədli olacaq.
Azərbaycanı Yay Olimpiya Oyunlarında 53 idmançı təmsil edəcək.
İyulun 3-də prezident İlham Əliyev Azərbaycan idmançılarını və onların məşqçilərini London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat; ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.
Yay Olimpiya Oyunlarında ən yüksək nəticələri göstərənlər Milli Olimpiya Komitəsindən də mükafatlar alacaqlar: birinci yeri tutan idmançı 200 min manat, onun məşqçisi 100 min manat; ikinci yeri tutan idmançı 100 min manat, onun məşqçisi 50 min manat; üçüncü yeri tutan idmançı 50 min manat, onun məşqçisi 25 min manat.
14 növdə mübarizə aparacaq 53 idmançıdan 27-si əcnəbidir.
Üzgüçülük – Oksana Hətəmxanova (yerli), Yevgeni Lazuka (legioner)
Atletika – Dmitri Marşin, Hayle İbrahimov, Layeş Abdullayeva (hamısı legioner)
Boks – Elvin Məmişzadə, Vətən Hüseynli, Teymur Məmmədov (hamısı yerli), Məhəmməd Abdulhəmidov, Heybətulla Hacıəliyev, Soltan Migitinov, Məhəmmədrəsul Məcidov, Yelena Vıstropova (hamısı legioner)
Kanoe – Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko (hamısı legioner)
Velo idman – Yelena Tsalıx (legioner)
Atçılıq – Camal Rəhimov (yerli)
Qılıncoynatma – Səbinə Mikina (yerli)
Gimnastika – Şakir Şixəliyev (yerli), Aliyə Qarayeva (legioner)
Cüdo – İlqar Müşkiyev, Tərlan Kərimov, Rüstəm Orucov, Elnur Məmmədli, Elxan Məmmədov, Elmar Qasımov, Kifayət Qasımova, Ramilə Yusubova (hamısı yerli)
Akademik avarçəkmə – Aleksandr Aleksandrov, Natalya Mustafayeva (hər ikisi legioner)
Atıcılıq – İradə Aşumova (yerli)
Taekvondo – Ramin Əzizov, Fəridə Əzizova (hər ikisi yerli)
Ağır atletika – Əfqan Bayramov, İntiqam Zairov (hər ikisi yerli), Valentin Xristov, İvan Stoitsov, Veliçka Çolakov, Boyanka Kostova (hamısı legioner)
Güləş – Rövşən Bayramov, Kamran Məmmədov (onu Həsən Əliyevin əvəz etməsi də mümkündür), Emin Əhmədov, Saman Təhmasibi, Toğrul Əsgərov, Cəbrayıl Həsənov (hamısı yerli), Şalva Qadabadze, Əşrəf Əliyev, Şərif Şərifov, Xetaq Qazyumov, Cəmaləddin Məhəmmədov, Mariya Stadnik, Yuliya Ratkeviç (hamısı legioner).
Modern.az