Modern.az

YAP prezidentliyə namizədini bir daha bəyan etdi

YAP prezidentliyə namizədini bir daha bəyan etdi

Aktual

24 İyul 2012, 13:53

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov  2013-cü ildə keçiriləcək prezident seçkisində partiyanın vahid namizədinin partiyanın sədri, hazırkı Prezident İlham Əliyev olacağını bildirib.

Modern.az-ın məlumatına görə, YAP rəsmisi bu barədə jurnalistlərə açıqlamasında qeyd edib:

 "Mən belə hesab edirəm ki, bir sıra mətbuat orqanları YAP-ın namizədi məsələsi ilə bağlı təxribatla məşğuldur. YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan bir namizəddir. Dəfələrlə bəyan etmişik ki, YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir".

Əli Əhmədov YAP-ın qurultayı ilə bağlı məsələyə toxunaraq bildirib ki,  prezident seçkisinə müvafiq olaraq hakim partiya qurultayını keçirməyi planlaşdırır ki, seçki ərəfəsində müəyyənləşdirdiyi namizədi rəsmi şəkildə irəli sürsün.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı