“Caspian Motor - Show 2012” IX Avtomobil sərgisində “İnfiniti Azərbaycan” texnoloji yenilikləri ilə diqqəti cəlb edən – “İnfiniti FX” krossoveri ilə çıxış edib.
Dinamik üslub, təkrarolunmaz xarici görünüş və funksionallığı ilə fərqlənən lüks modellə yaxından tanış olmaq istəyənlərə əlverişli şərait yaradılıb.
“İnfiniti Azərbaycan” satış və servis mərkəzinin əməkdaşları isə öz növbəsində, avtomobilin texniki göstəriciləri, texnoloji üstünlükləri və model sırasının gözlənilən yenilikləri haqqında iştirakçıları məlumatlandırıblar.
Qüsursuz görünüşü, lüks interyeri və ən son texnoloji yenilikləri ilə müştərilərin xüsusi marağına səbəb olan “İnfiniti FX” modeli avto-sərginin təşkilatçıları və “Autograph” jurnalının ekspertləri tərəfindən “İlin Tam Ölçülü SUV Krossoveri” nominasiyası üzrə “Qızıl Çarx” mükafatına layiq görülüb.
Modern.az