İyulun 24-də Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Azərbaycan təmsilçisi "Neftçi" klubu səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olub.
İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" səfər matçına daha rahat çıxıb. "Neftçi" səfərdə yaxşı oynayaraq Gürcüstan çempionuna məğlub olmayıb - 2:2.
Qeyd edək ki, "Neftçi" növbəti mərhələdə İsrailin "İroni Kiryat" klubu ilə qarşılaşacaq.
Modern.az