Modern.az

Mütəxəssislər uşaqlarını “kisə”də gəzdirən analara xəbərdarlıq edir

Mütəxəssislər uşaqlarını “kisə”də gəzdirən analara xəbərdarlıq edir

Aktual

25 İyul 2012, 11:28

Kenquru-torbalar: “İstifadə olar, amma...”


Əvvəllər analar iş görərkən uşaqlarını bellərinə şəlləyirdilərsə, indiki anaların ən yaxın köməkçilərindən biri də kenquru geyimlərdir. Şəhərdə tez-tez bu cür geyimlərdə analara rast gəlmək olar. Amma cəmiyyətimizin bu cür geyimlərə münasibəti birmənalı deyil. Belə bir fikir formalaşıb ki, uşaqların bu geyimlərdə anaya bağlanması balacalar üçün gələcəkdə müxtəlif problemlər yarada bilər.

Modern.az  kenquru-anaların narahatlığını nəzərə alaraq mütəxəssislərin rəyini öyrənib.
Həkim-ekspert Adil Qeybulla bildirir ki, uşaqları uzun müddət bu cür geyimlərdə saxlamaq doğrudan da uşaqların sağlamlığı üçün zərərlidir. “Ən neqativ hal uşağın çanağının bud hissəsinin sıxılmasıdır. Oğlan uşaqlarını kenquru geyimlərdə uzun müddət gəzdirmək məqsədəuyğun deyil. Bu zaman oğlan uşaqlarında xarici orqanların sıxılması olur. Çalışmaq lazımdır ki, bu cür vasitələrdən istifadə az, ya da qısa müddətli  olsun”.

“Sağlam həyat“ Ana və Uşaqlara Qayğı ictimai Birliyinin rəhbəri Aytən Səfixanlı isə bellə geyimlərin uşaqlara 4 aylığından tez bağladıqda problem yaratdığını dedi. “Uşağın bel sütununa görə ən tez 4 aylıqdan sonra bağlamaq olar. Bu şərtlə ki, geyimlərin keyfiyyəti, boş vəziyyətdə, yəni uşağın oturuşunu çətinləşdirməyəcək durumda olmalıdır”.   

Şahanə Rəhimli                                
   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı