Modern.az

Azərbaycanda pensiyalarla bağlı yeni xəbər

Azərbaycanda pensiyalarla bağlı yeni xəbər

Aktual

25 İyul 2012, 15:47

2012-ci ilin iyulun 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 273 640  nəfər təşkil edir. Onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400  nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfərdir.

Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq  2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub.

Modern.az 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı