Modern.az

Qarabağlı idmançılar Ermənistan bayrağı altında - rəsmi cavab: “Məsələ araşdırılmayıb”

Qarabağlı idmançılar Ermənistan bayrağı altında - rəsmi cavab: “Məsələ araşdırılmayıb”

Aktual

25 İyul 2012, 17:35

Gürcüstan dövləti Cənubi Osetiyadan iki idmançının London Yay Olimpiya Oyunlarında Rusiyanın bayrağı altında çıxış etməsinə öz etirazını bildirib. Bəs uyğun hadisə ilə Azərbaycan dövləti qarşılaşıbmı? Yəni Cənubi Osetiya, yaxud Abxaziya kimi separatçı Dağlıq Qarabağdan olan idmançılar Ermənistanın bayrağı altında çıxış edirlərmi?

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Modern.az-a açıqlamasında bildirib ki, nazirlikdə belə bir məlumat yoxdur.
“Erməni mənşəli idmançılardan kiminsə Dağlıq Qarabağda qeydiyyatda olduğu məlum deyil. Buna görə bilmək olmur ki, Ermənistanın bayrağı altında çıxış edən idmançılar Dağlıq Qarabağın sakinləridir, yaxud Ermənistan Respublikasının vətəndaşı. Bununla bağlı hər hansı yoxlama-monitorinq aparılmayıb”, – deyə şöbə müdiri vurğulayıb.
Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı