Modern.az

“Lalə Şövkət müxalifətin birləşməsinin tərəfdarıdır”

“Lalə Şövkət müxalifətin birləşməsinin tərəfdarıdır”

Aktual

26 İyul 2012, 14:56

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan partiyanın lideri Lalə Şövkətin 2013-cü il prezident seçkilərində iştirakı ilə bağlı Modern.az-a açıqlama verib. Partiya sədri Lalə Şövkətin seçki öncəsi gedən prosesi diqqətlə izlədiyini və növbəti dəfə prezident seçkilərinə qatılmaq istədiyini bildirib.

“Təbii ki, Lalə xanım prezident seçkiləri ilə bağlı prosesləri izləyir. Amma qərar qəbul etməyin tez olduğunu düşünür. Lalə Şövkət bütün müxalifətin birmənalı şəkildə geniş sektorda birləşməsinin, Azərbaycanda ədalətli seçki mühitinin yaradılmasının tərəfdarıdır”, - deyə Ə.Temirxan vurğulayıb.

Müxalifət təmsilçiləri arasında vahid namizədlik məsələsinədə konkret qərara gələ bilməsələr də, iqtidaryönlülər prezident seçkilərində yalnız indiki ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəklərini bildirirlər.

Anar RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı