Modern.az

Azərbaycan Olimpiadada ilk medalını qazanıb

Azərbaycan Olimpiadada ilk medalını qazanıb

Aktual

30 İyul 2012, 09:49

Azərbaycan London olimpiadasında ilk medalını qazanıb. Modern.az xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmamızın üzvü Valentin Xristov öz bacarığını nümayiş etdirib.

Xristovun ilk cəhdi uğurlu olub. O, əvvəlcə 123 kq ağırlıq sifariş edib və birdənqaldırmada bunu asanlıqla həyata keçirib. Rəqiblərinin çıxışına uyğun olaraq o, ikinci cəhdindən 127 kq sifariş verib və bunun da öhdəsindən məharətlə gəlib. Nəhayət, üçüncü cəhdində Valentin 130 kq sifariş versə də, buna nail ola bilməyib və 127 kq-la kifayətlənməli olub.
Yekunda idmançımız birdənqaldırmada 3-cü yeri tutub. 133 kq qaldıran Çin idmançısı Jinqbao və 132 kq-ın öhdəsindən gələn tunisli El-Maoui 1-ci və 2-ci yerləri tutublar.
Təkanlaqaldırma da idmançımız öncə 150 kq sifariş etsə də, son anda rəqiblərinin çıxışına uyğun olaraq bunu 153 kq-a dəyişib. 154 kq! Xristov 1 kq da əlavə etdiyi son sifarişini uğurla başı üzərinə qaldırıb. İkinci cəhddə o, 158 kq sifariş etsə də, bunun öhdəsindən gələ bilməyib. Amma üçüncü cəhddə o, 159 kq sifariş edib və bu dəfə ağırlığı qaldıra bilib!
Beləcə, ümumi nəticədə iki cəhddə 286 kq qaldıran Xrisov üçüncü pillədə qərarlaşıb və Azərbaycana London Olimpiadasında ilk medalını qazandırıb.
Birinci yeri 293 kq nəticə göstərən koreyalı Om Yun Çol göstərib. Gümüş medal isə yaponiyalı Jinqbaoya qismət olub - 289 kq.
Qeyd edək ki, Azərbaycana ilk medal qazandıran ağırlıqqaldıran Valentin Xristov milliyətcə bolqar atletdir.

Londonda olan Azərbaycan prezidenti İlham Əliyev də bu yarışı izləyib və idmançımızın medal qazanmasının canlı şahidi olub.
 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı