Modern.az

Olimpiadada daha bir məğlubiyyət - 4-cü cüdoçumuz da uduzdu

Olimpiadada daha bir məğlubiyyət - 4-cü cüdoçumuz da uduzdu

Aktual

30 İyul 2012, 17:37

London Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha bir üzvü məğlub olaraq tirdən kənarda qalıb. Bu, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucovdur.
Mübarizəyə 1/16 finaldan başlayan Orucovun ilk rəqibi CAR-dan olan Gieon Van Zil idi. Görüşün gedişində məğlub durumda olmasına baxmayaraq, idmançımız rəqibinə qarşı ippon fəndini həyata keçirərək, vaxtından öncə qələbə qazanmağı bacarıb.

Onun 1/8 finaldakı rəqib isə rusiyalı Mansur İsayev idi. Təəssüf ki, Orucov da bu rəqibinə məğlub olub və turnirlə vidalaşıb.
Bu gün digər cüdoçumuz, 57 kq-da yarışan Kifayət Qasımova da məğlub olaraq Olimpiadaya əlvida deyib.

Qeyd edək ki, bundan öncə daha 2 cüdoçumuz öz çıxışını başa vurmuşdu. 60 kq-da İlqar Muşkiyev elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı