Modern.az

Milli Ordu daha bir əsgərini itirdi

Milli Ordu daha bir əsgərini itirdi

Aktual

31 İyul 2012, 18:40

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Modern.az APA-ya istinadən bildirir ki, hadisə Müdafiə Nazirliyinin Goranboyda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət edən əsgər Mehdi Bahadır oğlu Sultanov vəfat edib. Əsgərin avtomat silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. İlkin ehtimala görə, M. Sultanov tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.  Qeyd edək ki, M. Sultanov Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!