Modern.az

Bu gün Olimpiadada 3 idmançımız yarışacaq

Bu gün Olimpiadada 3 idmançımız yarışacaq

Aktual

4 Avqust 2012, 11:26

Bu gün Londonda keçirilən Olimpiya Oyunlarında daha 3 idmançımız yarışa qoşulacaq.

Modern.az xəbər verir ki, ilk olaraq atçılıq turniririn birinci təsnifat mərhələsi mübarizəyə başlayır. Atçılığın konkur növü üzrə mübarizə aparacaq  Camal Rəhimov Bakı vaxtı ilə saat 14:30-da ilk sınağına çıxacaq.
 
Bundan əvvəl olimpiadada medal qazanmaq şansını əldən verən xanlm avarçəkənimiz Nataliya Mustafayeva isə 7-12-ci yerlər uğrunda yarışacaq. Bu mübarizə saat 15:00-da başlayacaq.   Son olaraq isə saat 23.00-da ağırlıqqaldırma yarışı başlayacaq. Burada ölkəmizi İntiqam Zairov 94 kq çəki dərəcəsində təmsil edəcək.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!