London Olimpiadasında daha bir ağırlıqqaldıranımız mübarizəyə qoşulub. 94 kq çəki dərəcəsində çıxış edən İntiqam Zairov podiuma çıxıb. İdmançımız ilk cəhdində 175 kq-ı qaldırsa da,nəticəsi hakimlər tərəfindən qeydə alınmayıb. Lakin Zairov ikinci cəhdində 175 kq-ın öhdəsindən gəlib. İ.Zairov üçüncü cəhdində 182 kq-ı başı üzərinə qaldırıb.
Təkanla qaldırmada isə idmançımız 215 kq-ın öhdəsindəbn gəlib. İdmançımızın ikinci cəhdi uğursuz alınıb. O, 223 kq-ın öhdəsindən gələ bilməyib. Üçüncü cəhdi də uğursuz alınan İ.Zairov olimpiadanı medalsız tərk etməli olub.
Beləliklə, iki hərəkətin cəmində İntiqam altıncı yeri tuta bilib - 397 kq. Çempion qazaxıstanlı İlia İlyin olub - 418 kq! Qeyd edək ki, bu, yeni olimpiya və dünya rekordu olub. İkinci yeri isə rusiyalı Aleksandr İvanov tutub - 409 kq. Moldovalı Anatoli Siriqu isə üçüncü olub - 407 kq.